Kəlbəcər. Trend:
Zar kəndində işlər sürətlə davam edir. Növbəti ilə ehtimal ola bilər ki, əhalinin köçürülməsi nəzərdə tutulsun.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu bu gün Kəlbəcər rayonunda Bərpa Tikinti İdarəetmə Xidmətinin mətbuat xidmətinin müdiri Nuranə Babayeva media nümayəndələrinə bildirib.
Onun sözlərinə görə, artıq bir neçə aydır ki, Kəlbəcər sakinləri, o cümlədən Kəlbəcər şəhər sakinləri öz dədə-baba yurdlarına qayıdıblar və birinci yaşayış məhəlləsinin birinci mərhələsində yerləşdiriliblər.
"Davam edən layihələrimizdən biri birinci yaşayış məhəlləsinin ikinci mərhələsidir. Eyni zamanda, layihələndirmə işləri davam edən ikinci, üçüncü və dördüncü yaşayış məhəlləmiz, Kəlbəcər şəhər inzibati binası və 11 hektara yaxın sahəsi olan Kəlbəcər şəhər parkının inşasını da əhatə edir.
Kəndlərimizdə də layihələndirmə işləri davam edir. Xüsusilə Zar kəndində işlər sürətlə aparılır və ehtimal olunur ki, növbəti ildə əhalinin köçürülməsi həyata keçiriləcək. Növbəti ildə təhvil verilməsi nəzərdə tutulan digər layihələr arasında Kəlbəcər ərazisində yerləşən və səbirsizliklə gözlənilən İstisu sanatoriyası da var. Həmçinin müasir təhsil kompleksinin işlərinin tamamlanması gözlənilir", - qurum rəsmisi əlavə edib.
