Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Transition Report 2025” adlı hesabatında dərc edilmiş son qiymətləndirməyə əsasən, Azərbaycan bir neçə sektorda regional lider mövqeyini gücləndirib.
Trend xəbər verir ki, hesabata əsasən, Azərbaycan hava nəqliyyatı (3,49) və liman əməliyyatları (6,12) sahələrində region üzrə ən yüksək nəticələr göstərərək Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrini geridə qoyub.
Yol infrastrukturu seqmentində isə Azərbaycan regionda ikinci yerdədir (4,29), yalnız Özbəkistandan (4,36) geri qalır.
Digər sektorlara dair göstəricilər: dəmiryolu infrastrukturu (4,59), tullantıların idarə olunması (2,54), su və suvarma təsərrüfatı (5,01), energetika (7,94), telekommunikasiya (5,69) və ticarət və investisiyalar (5,12).
Azərbaycan həmçinin dayanıqlı bazar iqtisadiyyatının əsas keyfiyyətləri üzrə irəliləyiş nümayiş etdirib:
Rəqabət qabiliyyəti: 2024-cü ildə 4,19-dan 2025-ci ildə 4,23-ə
Səmərəli idarəetmə: 5,79-dan 5,81-ə
Ekoloji uyğunluq: 5,05-dən 5,22-yə
Dayanıqlıq: 3,56-dan 3,60-a
