...

Almaniyada avtomobil sənayesində işləyənlərin sayı azalıb

Dünya xəbərləri Materials 26 Noyabr 2025 05:43 (UTC +04:00)
Almaniyada avtomobil sənayesində işləyənlərin sayı azalıb

Bakı. Trend:

Almaniyada avtomobil sənayesində işləyənlərin sayı azalıb.

Trend xəbər verir ki, Federal Statistika İdarəsinin yaydığı məlumatda avtomobil sənayesində işləyənlərin sayının 721,4 min nəfərə düşərək son 14 ilin ən aşağı səviyyəsinə endiyi bildirilib.

Təchizatçı şirkətlər iş yerlərinin azalmasından daha çox təsirləniblər. Avtomobil hissələri istehsalı üzrə məşğulluq bir il ərzində 11,1 faiz azalıb. Ümumilikdə Almaniya emal sənayesində də azalma qeydə alınıb və işçilərin sayı 2,2 faiz azalıb. Digər böyük sənaye sahələrində də geriləmə müşahidə edilib. Yalnız qida sənayesi istisna təşkil edib, bu sahədə çalışanların sayı 1,8 faiz artıb.

Xəbər lenti

Xəbər lenti