Bakı. Trend:
"Real" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində səfərdə "Olimpiakos"un qonağı olacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, La Liqa nəhəngi oyuna ciddi itki ilə çıxacaq.
Məlumata görə, qapıçı Tibo Kurtua səfər matçında komandaya kömək edə bilməyəcək. 33 yaşlı "əlcək sahibi" kollektivlə birlikdə Yunanıstana aparılmayıb.
Qeyd edək ki, "Olimpiakos" - "Real" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.