...

Azərbaycanın basketbol millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlanıb

İdman Materials 25 Noyabr 2025 22:39 (UTC +04:00)
Azərbaycanın basketbol millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlanıb

Bakı. Trend:

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün yekun heyəti açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Baş məşqçi Tahir Baxşıyev heyətdə Emmanuel Aqbason, Uesli Van Bek, Əkbər Məmmədov, Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı, Şirzad Şirzadova güvənib.

Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç gün sonra isə Bakıda Lüksemburq ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti