...

Soydaşlarımız Odessada ağacəkmə aksiyası keçirib (FOTO)

Gündəm Materials 25 Noyabr 2025 20:20 (UTC +04:00)
Soydaşlarımız Odessada ağacəkmə aksiyası keçirib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Odessa şəhərində “Birlik” Diaspor Təşkilatı və soydaşlarımız 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçiriblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Odessada salınması planlaşdırılan “Azərbaycan” parkında təşkil olunan aksiyada soydaşlarımızla yanaşı, Odessa şəhər merinin birinci müavini Aleksandr Filatov, meriyanın nümayəndələri, Odessanın ictimai-siyasi xadimləri iştirak ediblər.

Aleksandr Filatov şəhərin etnik azərbaycanlı sakinlərinin Odessanın inkişafında, ətraf mühitinin qorunmasında fəal iştirak etdiklərini bildirib. O, 300-dən artıq ağacın əkilməsinin Odessa şəhərinin ekologiyasına dəyərli töhfə verəcəyini diqqətə çatdırıb.

“Birlik” Diaspor Təşkilatının sədri Cəlil Astanov müharibə şəraitinə baxmayaraq, 30 mindən çox azərbaycanlının Odessa şəhərində və vilayətində aktiv fəaliyyətlərini davam etdirdiyini söyləyib. “Bugünkü aksiyamız Zəfərimizin 5 illiyinə həsr edilib. Həmçinin aksiya zamanı milli mətbəximiz də nümayiş olunub”, - deyə soydaşımız məlumat verib.

Qeyd edək ki, sahəsi 3 hektardan artıq olacaq parkda Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən məlumat guşələri, muzey, uşaqlar və böyüklər üçün istirahət məkanları, idman zonaları, eləcə də “Azərbaycan” foto guşəsinin yaradılması planlaşdırılır. Şəhər ictimaiyyəti layihəni yüksək qiymətləndirir və parkın həm sakinlər, həm də turistlər üçün cəlbedici bir məkan olacağına inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti