Bakı. Trend:
Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Bu barədə Trend -ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Belə ki, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
