Bakı. Trend:
UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyunu bərpa olunub.
Trend xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Məlumata görə, 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılan qarşılaşma davam edir.
Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
