Bakı. Trend:
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirib.
Trend xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olub.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
XXX
01:32
“Napoli” - “Qarabağ” oyununda hesab dəyişib.
Trend xəbər verir ki, 72-ci dəqiqədə Marko Yankoviç topu öz komandasının qapısından keçirib - 2:0.
XXX
01:27
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.
Trend xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın 65-ci dəqiqəsində rəqibin heyətində Skott MakTominey hesabı açıb - 1:0.
XXX
00:01
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start götürüb.
Trend xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.
