Bakı. Trend:
Cənubi Koreyanın “Samsung” korporasiyası nisbətən ucuz və populyar “Galaxy A” seriyasından olan smartfonlarının istehsalını bərpa edəcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tərtibat mərhələsində olan smartfonların “Exynos 2400” mikroprosesoru, 8 qiqabayt əməli yaddaş və “Android 16” əməliyyat sistemi ilə təchiz olunduğu deyilir.
“Samsung”un hazırlamaqda olduğu müəmmalı smartfonla bağlı məlumatlar “Geekbench” bençmarkının məlumat bazasında dərc olunub. Mütəxəssislər həmin smartfonun üç ədəd 2,78 Ghz tezlikli və əlavə üç 2,3 Ghz tezlikli nüvələri olan prosesorunun olduğunu bildirirlər.
