Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukraynada sülhün əldə olunmasına dair təklif etdiyi planın müddəalarının sayı 28-dən 22-yə endirilib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
“Bu, sadəcə bir sxem idi. Orada olan hər şey sxem idi. Bu, plan deyildi, sadəcə bir konsepsiya idi”, – deyə ABŞ Prezidenti Floridaya uçuş zamanı təyyarədə jurnalistlərə bildirib.
Trampdan respublikaçı partiya üzvlərinin tənqidlərini şərh etməsi xahiş olunub. Onlar administrasiyanın təklif etdiyi ilkin sülh planını həddindən artıq rusyönümlü olduğunu hesab etmişdilər.
“Və onlar həmin 28 bəndin hər birini nəzərdən keçirdilər, nəticədə 22 bənd qaldı. Məsələlərin çoxu əlverişli şəkildə həll olundu”, – Tramp əlavə edib.
