Kəlbəcər. Trend:
İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Trend-in yerli müxbiri xəbər verir ki, bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələr yeni tikilmiş binalarda mənzillərlə təmin olunub.
xxx
16:00
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.
Trend-in yerli müxbiri xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə, 27 ailə (112 nəfər) köçürülüb.
Qeyd edək ki, köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
06:44
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 112 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
