...

Lənkəranın bu ərazilərində işıq kəsiləcək

Cəmiyyət Materials 26 Noyabr 2025 08:15 (UTC +04:00)
Lənkəranın bu ərazilərində işıq kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəranın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bu gün 10 kV-luq 4 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhər ərazisində Müzəffər Nəsirli, Vaqif, Hacılar, Hacı Zeynalabidin Tağıyev, Sabir küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti