...

Oğuzda avtomobil qəzası olub, sürücü ölüb

Hadisə Materials 26 Noyabr 2025 09:08 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Oğuzda sürücünün həyatını itirməsiylə nəticələnən qəza baş verib.

Trend-in məlumatına görə hadisə noyabrın 25-i qeydə alınıb.

Belə ki, Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı metalik rəngli "BMW" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Sakit Əzimov hadisə yerində ölüb.

1989-cu il təvəllüdlü sərnişin Səxavət Hüseynov isə ağır bədən xəsarətləri alaraq Şəki RMX-nə yerləşdirilib.

Faktla bağlı Oğuz RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti