...

Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?

Cəmiyyət Materials 26 Noyabr 2025 08:30 (UTC +04:00)
Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin iaşə obyekti kimi istifadəsi son illər ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Belə obyektlər bir tərəfdən sakinlərin gündəlik rahatlığına təsir göstərir, digər tərəfdən isə təhlükəsizlik baxımından ciddi risklər yaradır. Xüsusilə mətbəx avadanlıqları, qaz və elektrik qurğuları, havalandırma sistemləri, yüksək temperaturla işləyən avadanlıqlar, tullantı və pis qoxu, həmçinin gec saatlara qədər davam edən fəaliyyət bu obyektləri yaşayış məkanları üçün potensial təhlükə mənbəyinə çevirir.

Məsələ ilə bağlı Trend-ə hüquqşünas Babək Həmidov açıqlamasında bildirib ki, yaşayış binalarında yalnız aidiyyəti icra qurumunun təsdiqi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla qeyri-yaşayış sahələri nəzərdə tutula bilər.

"Qeyri-yaşayış sahələri texniki-təhlükəsizlik, tikinti, epidemioloji və mülki müdafiə qaydalarını nəzərə alaraq fəaliyyət göstərə bilər. Həmin sahələrdə müxtəlif ictimai iaşə obyektləri təhlükəsizlik normalarını təmin etməklə fəaliyyətlərini təşkil edə bilərlər. Bu qaydaların təmin olunması isə fəaliyyəti həyata keçirən ictimai iaşə obyektinin məsul şəxslərinin əsas vəzifəsidir", - o əlavə edib.

Hüquqşünas qeyd edib ki, qeyri-yaşayış sahəsində istənilən təhlükəsizlik normalarının pozulması nəticəsində baş verən hadisələrlə bağlı səlahiyyətli şəxslərin və əraziyə nəzarəti həyata keçirən qurumların səhlənkarlığı araşdırılır:

"Həmçinin baş vermiş hadisə nəticəsində xəsarət, ölüm və ya mülki obyektə ciddi zərər dəyməsi hallarında məsul şəxslər cinayət və inzibati məsuliyyətə cəlb edilirlər".

Əmlak eksperti Elnur Azadov isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda inşaat normativləri mövcuddur, lakin tikinti şirkətləri material istifadəsində qənaət etməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, bəzi inşaat materialları xüsusiyyətlərinə görə qüsurlu ola bilər.

"Azərbaycanda yeni tikilən bəzi binaların elektrik şaxtalarında yanğın və tüstülənmə halları müşahidə olunur. Hətta inşaat materialları standartlara cavab versə də, diqqət edilməli məqamlardan biri düzgün istismardır. Çoxmənzilli binalar istismara qəbul edilərkən az-çox qüsurları olsa belə, inşaat materialları istifadəyə yararlı görünür və ilkin mərhələdə hər hansı problem üzə çıxmır. Lakin zamanla xətlər həddən artıq istifadə edildikcə və aşındıqca qısa qapanma və yanğın riskləri artır”", - Azadov vurğulayıb.

Ekspert qeyd edib ki, istismar müddətində ciddi sınaqlar aparılmasa, sıradan çıxan detalların aşkarlanması mümkün olmur:

"Nəzərə almaq lazımdır ki, ölkədə 2 500-ə yaxın çoxmənzilli bina var. Bunların 98%-də qanuni boşluqlar mövcuddur. Qanunla çoxmənzilli bina istismara qəbul edildikdən sonra müştərək cəmiyyətə çevrilməlidir. Lakin ölkədə belə cəmiyyətlər cəmi 10%-i təşkil edir və müştərək cəmiyyətlərdə də qanunsuzluqlar müşahidə olunur. Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin və ya MTK-nın nizamnaməsi əsasında formalaşdırılmalıdır".

O bildirib ki, Azərbaycanda qeyri-yaşayış sahələri tikinti şirkətlərinə və ya tikinti sahiblərinə məxsus olur:

"Onlar həmin yerləri ya icarəyə verirlər, ya da birdəfəlik satırlar. Nəticədə, bu sahələrin istismarı və idarəsi sakinlərin marağında olmur. Əksər hallarda qeyri-yaşayış sahələrində layihədə planlananlardan əlavə işlər görülür. Belə olduqda bina normadan artıq yüklənir və müəyyən müddətdən sonra texniki qəzaların baş verməsinə səbəb olur", – deyə o əlavə edib.

Azərbaycanda inşaat normativləri var, lakin tikinti şirkətləri çalışırlar ki, materiallarının istifadəsində qənaət etsinlər. Nəzərə almaq lazımdır ki, bəzi xüsusiyyətlərinə görə inşaat materialları qüsurlu ola bilirlər.

“Azərbaycanda yeni tikilən bəzi binaların elektrik şaxtalarında yanğın, tüstülənmə kimi halların baş verməsinə şahid oluruq. Hətta inşaat materialları standartalara cavab versə də, diqqət edilməli məqamlardan biri düzgün istismardır. Çoxmənzilli binalar istismara qəbul olunarkən az-çox qüsurları olsa inşaat materialları istifadəyə yararlı görünür və ilkin mərhələdə bir fəsad üzə çıxmır. Lakin zamanla xətlər həddən çox istifadə edildikcə, aşındıqca qısa qapanma və yanğın riskləri yüklənir”.

Eksperti qeyd edib ki, istismar müddətində ciddi sınaqlar aparılmasa, sıradan çıxan detalları aşkar etmək mümkün olmur:

"Nəzərə almaq lazımdır ki, ölkədə 2500-ə yaxın çoxmənzilli bina var. Bunların 98%-də qanuni boşluqlar mövcuddur. Qanunla çoxmənzilli bina istismara qəbul edildikdən sonra müştərək cəmiyyətə çevrilməlidir. Bizim ölkədə belə cəmiyyətlər cəmi 10% təşkil edir. Müştərək cəmiyyətlərdə belə qanunsuzluq olur. Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin və yaxud MTK-nın nizamnaməsi ilə formalaşmalıdır”.

E.Azadov bildirib ki, Azərbaycanda qeyri-yaşayış sahələri tikinti şirkətlərinə və ya tikinti sahiblərinə məxsus olur. Onlar da həmin yerləri ya icarəyə verirlər, ya da birdəfəlik satırlar. Beləliklə, həmin sahələrin istismarı, idarəsi sakinlərin marağında olmur:

“Əksər hallarda qeyri-yaşayış sahələrində layihədə planlananadan əlavə işlər görülür, belə olan halda bina normadan çox yüklənir. Bu da müəyyən müddətdən sonra binada texniki qəzaların baş verməsinə səbəb olur”,-deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti