...

"Xalq Bank" qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi

İqtisadiyyat Materials 26 Noyabr 2025 10:12 (UTC +04:00)
"Xalq Bank" qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Xalq Bank" müştərilərinə etibarlı və çevik investisiya imkanları təqdim etməyə davam edərək yeni xidməti istifadəyə verib. Artıq fiziki və hüquqi şəxslər "Xalq Bank"da qızıl və gümüş metallarından əlavə, fiziki olmayan platin (XPT) və palladium (XPD) metalına yatırımın edilməsindən yararlana bilərlər.

Hazırda qiymətli metal hesabı ən effektiv investisiya alətlərindən biri hesab edilir. "Xalq Bank"ın təqdim etdiyi xidmətdən faydalanmaqla müştərilər sərmayelərini etibarlı şəkildə idarə edə bilərlər. Bu zaman pul vəsaitləri Bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişdirilir və cari metal hesabında saxlanılır. İstənilən vaxt hesabda olan metal qalığı satılaraq yenidən pul vəsaitinə çevrilə bilər.

Qeyd edək ki, "Xalq Bank"da qiymətli metal hesablarının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG/XPT/XPD təşkil etməlidir.

Müştərilər xidmətdən yararlanmaq üçün "Xalq Bank"ın filiallarına müraciət edə bilərlər.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti