...

BCG geoloji-texniki əməliyyatlarda süni intellektin tətbiqi üzrə yeni model təqdim edib

İqtisadiyyat Materials 26 Noyabr 2025 12:28 (UTC +04:00)
BCG geoloji-texniki əməliyyatlarda süni intellektin tətbiqi üzrə yeni model təqdim edib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

“Boston Consulting Group” (BCG) geoloji-texniki əməliyyatlarda süni intellektin tətbiqi üçün yeni arxitektura hazırlayıb və onun tətbiqinə başlayıb. Bu, arxitektura əsas mühəndis alətlərini əvəz etmədən məlumatların interpretasiyasını xeyli sürətləndirməyə imkan verir.

Trend xəbər verir ki, bunu “Boston Consulting Group” (BGG) idarəedici direktoru Anton Aristov Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında bildirib.

Onun sözlərinə görə, BCG-nin modeli bir neçə ixtisaslaşmış süni intellekt agentlərinin üzərinə düşən rutin prosesləri (ilkin məlumat toplanmasından və işarələnməsindən tutmuş seçilmiş fraqmentlərin təhlilinə qədər) əhatə edir.

Bu, şirkətlərə qərar qəbul etmə müddətlərini qısaltmağa və layihələrin iqtisadi səmərəliliyini artırmağa imkan verir, bunu işçi heyətinin xərclərini azaltmaqla deyil, yalnız erkən fəaliyyətlər sayəsində əldə edirlər.

Aristov vurğulayıb ki, yekun nəticələrə görə məsuliyyət mühəndisin üzərində qalır, süni intellekt yalnız ekspertizanı gücləndirir və iş dövrlərini sürətləndirir.

“Bizim yanaşmamız mühəndis alətlərini əvəz etmir, onları sadəcə daha sürətli edir – rutin əməliyyatları süni intellekt agentləri icra edir, mütəxəssislər isə əsas texniki məsələlərə fokuslanır,” - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti