Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,256 milyard manat sığorta haqqı toplanılıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 12,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,6 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 24,2% çoxdur.
