...

Nigeriya Azərbaycanla telekommunikasiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Telekommunikasiya Materials 26 Noyabr 2025 11:08 (UTC +04:00)
Nigeriya Azərbaycanla telekommunikasiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Dünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC) çox uğurla ev sahibliyi edir. Konfrans çərçivəsində çox uğurlu müzakirələr aparılır və telekommunikasiyanın gələcəyi ilə bağlı mühüm, uzaqgörən qərarlar qəbul olunur.

Bunu Trend-ə açıqlamasında Nigeriya nümayəndə heyətinin üzvü Çidi Enverem Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) çərçivəsində deyib.

O, Nigeriya nümayəndəsi kimi qeyd edib ki, Azərbaycanın WTDC-yə yüksək səviyyədə ev sahibliyi etməsi və rəqəmsal sahədə əldə etdiyi təcrübə onlarda böyük maraq doğurur:

"Nigeriya Azərbaycanla telekommunikasiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu konfransın iki ölkə arasında gələcək əlaqələr üçün yaxşı başlanğıc olacağına inanırıq".

Ç. Enverem bildirib ki, WTDC daha az təmin olunmuş ölkələrə fokuslanan bir platformadır:

"Məqsəd az inkişaf etmiş ölkələrin rabitə və rəqəmsallaşmaya çıxış imkanlarının genişləndirilməsidir. Məsələn, dünən Sudana, Liviyaya və bəzi ada ölkələrinə rəqəmsal inkişaf yolunda necə dəstək göstərilə biləcəyi müzakirə olunub.

Ümumilikdə, bu konfransın əsas məqsədi də məhz budur. İndiyədək telekommunikasiya sektorunun xeyrinə bir sıra mühüm qərarlar qəbul edilib".

Nigeriyalı nümayəndə konfransın bugünkü müzakirə mövzusundan da danışıb:

"Bugünkü əsas mövzuya gəldikdə isə qeyd etməliyəm ki, konfrans təxminən iki həftə əvvəl başlayıb və qərarlar bir gün ərzində qəbul edilmir. Proses ilkin mərhələdə danışılır, sonra işçi qrupları çərçivəsində müzakirə olunur.

Bu gün isə plenar iclaslar keçirilir. Burada bütün bölmələr bir araya gələrək işçi qruplar səviyyəsində qəbul olunmuş qərarları nəzərdən keçirirlər. Plenar iclasda razılaşdırılan qərarlar isə bundan sonra bütün ölkələr üçün məcburi xarakter daşıyır".

Xəbər lenti

Xəbər lenti