...

SOCAR bütün əməliyyatları üzrə tullantıların tam rəqəmsal monitorinqi sistemini tətbiq edəcək

Yaşıl iqtisadiyyat Materials 26 Noyabr 2025 12:02 (UTC +04:00)
SOCAR bütün əməliyyatları üzrə tullantıların tam rəqəmsal monitorinqi sistemini tətbiq edəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bütün əməliyyatları üzrə tullantıların tam rəqəmsal monitorinqi sistemini tətbiq edəcək.

Trend xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühitin analitikası, enerji keçidi, ətraf mühit və dekarbonizasiya departamentinin rəhbəri Samir Qurbanov Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

S.Qurbanovun sözlərinə görə, şirkət karbonsuzlaşdırma və ekoloji dayanıqlığın artırılmasına yönəlmiş geniş tədbirlər kompleksini həyata keçirir.

“Əsas addımlar arasında karbon qazının sənaye məhsullarına çevrilməsi məqsədilə CO₂-nin tutulması və istifadəsi qurğularının tətbiqi, emal müəssisələrində enerji səmərəliliyi proqramları, Scope 2 kateqoriyası üzrə emissiyaların qarşılanması üçün bərpaolunan enerji mənbələrinə keçid, bioqaz istehsalı və avadanlıqların elektrikləşdirilməsi yer alır”, – deyə o bildirib.

Onun sözlərinə görə, ekoloji nəzarətin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir.

“SOCAR artıq "ENABLON" şirkəti ilə əməkdaşlığa başlayıb və ekoloji göstəricilərin dəqiq ölçülməsi və izlənməsi üçün nəzərdə tutulmuş monitorinq, hesabatlılıq və verifikasiya sistemini əldə edib. Bu sistem gələn ildən etibarən SOCAR-ın bütün əməliyyatlarında tətbiq olunacaq və şirkətin ekoloji monitorinqinin tam rəqəmsallaşdırılmasını təmin edəcək.

Bundan əlavə, SOCAR "upstream" aktivlərində sızmaların aşkarlanması üzrə müasir layihələr həyata keçirir, BCG ilə birgə ekoloji idarəetmə üzrə daxili prosesləri inkişaf etdirir, o cümlədən su ehtiyatlarının və tullantıların idarə edilməsi təcrübələrinin təkmilləşdirilməsi istiqamətində işlər aparır”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti