...

Azərbaycan Şimal-Cənub marşrutu üzrə yük dövriyyəsini illik 5 milyon tona çatdırmağı planlaşdırır

İqtisadiyyat Materials 26 Noyabr 2025 12:10 (UTC +04:00)
Azərbaycan Şimal-Cənub marşrutu üzrə yük dövriyyəsini illik 5 milyon tona çatdırmağı planlaşdırır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2028-ci il yanvarın 1-dən Şimal-Cənub marşrutu üzrə yük dövriyyəsini illik 5 milyon tona çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclasında çıxışı zamanı bildirib.

Nazir xatırladıb ki, ötən il Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit daşımaların inkişafı üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd dəmir yolu infrastrukturunun mərhələli şəkildə modernləşdirilməsi və yük dövriyyəsinin tədricən artırılmasını nəzərdə tutur.

“Misal üçün, 2028-ci il yanvarın 1-dən bu marşrut üzrə dövriyyə səviyyəsini 5 milyon tona çatdırmağı planlaşdırırıq, gələcəkdə isə ildə 15 milyon tonadək artırmağı hədəfləyirik”, – deyə o bildirib.

R.Nəbiyev qeyd edib ki, dəhlizin Azərbaycan hissəsində infrastrukturun yenilənməsi işləri fəal şəkildə davam edir – cari ilin sonuna qədər Sumqayıt–Yalama xəttinin yenidən qurulması başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti