Bakı.Trend:
İsrailin Müdafiə Qüvvələri (IDF) İordan çayının Qərb sahilinin şimal hissəsində irimiqyaslı anti-terror əməliyyatına başladığını elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Çərşənbə gününə keçən gecə IDF, sərhəd polisi və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Samariyənin şimalında geniş miqyaslı anti-terror əməliyyatı çərçivəsində hərəkətə başlayıb”, - deyə IDF-in bəyanatında qeyd olunur.
IDF mətbuat xidmətindən bildirilib ki, İsrail Müdafiə Qüvvələri həmin bölgədə terrorun kök salmasına imkan verməyəcək və terrorun qarşısını almaq üçün aktiv tədbirlər görəcəklər.
