Bakı. Trend:
MDB Dəmir Yolu Nəqliyyatı Şurasının üzv ölkələrinin yük dövriyyəsi ABŞ və Aİ göstəricilərini üstələyir.
Trend xəbər verir ki, bunu “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclasında çıxışında deyib.
“Keçən ilin yekunlarına görə, Şuraya üzv ölkələrin dəmir yollarında yük dövriyyəsi ümumilikdə təxminən 3 trilyon ton-kilometr təşkil edib. Bu, ABŞ-nin birinci dərəcəli dəmir yollarının göstəricilərindən 1,3 dəfə, yəni 30% çoxdur və Avropa İttifaqının göstəricilərindən isə demək olar ki, 8 dəfə yüksəkdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Şuranın daim diqqət mərkəzində dəmir yollarının istismar fəaliyyəti, sərnişin və yük daşımalarının şəraiti, rəqəmsallaşma, qatar hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, uçot və qarşılıqlı hesablaşmalar sistemi, səhiyyə və sosial sahə, həmçinin elmi-texniki əməkdaşlıq durur.
“Biz irəli gedirik və Şurada müttəfiq dəmir yollarının iqtisadiyyat və nəqliyyat sahələrində baş verən dəyişikliklərə uyğunlaşmasına kömək edən yeni qarşılıqlı fəaliyyət mexanizmlərini həyata keçiririk”, – deyə O. Belozyorov vurğulayıb.
