...

Ukraynaya hər il 1 milyard dollar dəyərində silah verilir - NATO baş katibi

Dünya xəbərləri Materials 26 Noyabr 2025 13:13 (UTC +04:00)
Ukraynaya hər il 1 milyard dollar dəyərində silah verilir - NATO baş katibi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna ilin sonuna qədər "PURL" dəstək proqramı çərçivəsində müttəfiqlərdən 5 milyard dollar məbləğində hərbi yardım ala bilər.

Trend xarici KIV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bildirib.

“Ukraynaya son dərəcə vacib avadanlıq çatdırılır. Avropa ölkələri son bir neçə il ərzində əhəmiyyətli töhfə verib, lakin bəzi imkanlar yalnız ABŞ tərəfindən təmin edilə bilər. Prezident Tramp ABŞ silahlarının tədarükünün maliyyələşdirilməsini Kanada və Avropa müttəfiqləri ilə təmin etməyə razılıq verib”, - deyə Rütte bildirib.

Onun sözlərinə görə, Ukrayna hər ay təxminən 1 milyard dollar dəyərində silah alır.

Qeyd edək ki, "PURL" 2025‑ci ilin yayında yaradılmış və məqsədi NATO-ya üzv və tərəfdaş ölkələrin könüllü maliyyə ianələri hesabına ABŞ‑də istehsal olunmuş silah, hərbi texnika, sursat və avadanlıqların Ukraynaya operativ və sistemli çatdırılmasını sürətləndirmək olan mexanizmdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti