...

Bu ay cərimələnən klinika və həkimlərin sayı açıqlanıb - RƏSMİ

Cəmiyyət Materials 26 Noyabr 2025 12:43 (UTC +04:00)
Bu ay cərimələnən klinika və həkimlərin sayı açıqlanıb - RƏSMİ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin noyabr ayı ərzində (25.11.2025-ci il tarixinədək) keçirilmiş yoxlamalar zamanı 14 klinika və 14 həkim cərimələnib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cərimələr əsasən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı tətbiq edilib.

"Bir sıra hallarda lisenziya olmadan və lisenziyadan kənar fəaliyyət aşkar olunub. Aşkar edilmiş faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək növbəti icraata göndərilib".

Qeyd olunub ki, cari ilin tam illik statistikası növbəti ilin əvvəlində açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti