...

Neft-qaz sektoru süni intellektin tətbiqinə mühafizəkar yanaşır - SOCAR nümayəndəsi

Energetika Materials 26 Noyabr 2025 12:56 (UTC +04:00)
Neft-qaz sektoru süni intellektin tətbiqinə mühafizəkar yanaşır - SOCAR nümayəndəsi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Digər sahələrlə müqayisədə neft-qaz sektoru süni intellektin tətbiqinə mühafizəkarcasına yanaşır.

Trend xəbər verir ki, bunu SOCAR-ın direktor müavini Ülvi Zamanbəyov Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında bildirib.

“Buna səbəblər - risklərə ehtiyatlı yanaşma və tədqiqatların yüksək dəyərli olmasıdır”, – deyə o bildirib.

Ülvi Zamanbəyov vurğulayıb ki, şirkət mühəndislər və hasilat üzrə mütəxəssislərdən ibarət komandalar yaradır, müxtəlif təcrübəyə malik qruplar formalaşdırır.

“Bundan əlavə, məlumat sahəsi və kompüter elmləri ilə biznes arasında körpü rolunu oynayan komandalar fəaliyyət göstərir. İstifadəçilərin məhsullarla işləməsini asanlaşdırmaq üçün xüsusi interfeyslər və alətlər hazırlanır ki, biznes bölmələri özlərini məlumat üzrə mütəxəssis kimi hiss etsinlər”, – deyə o əlavə edib.

SOCAR nümayəndəsi qeyd edib ki, innovasiyalar da prioritetdir. Neft-qaz sektoru çoxsaylı təcrübələr, eləcə də “sınaq və səhv” yanaşmasını tələb edir.

“Bunun üçün avtomatlaşdırılmış infrastruktur yaradılır, açıq mənbəli alətlərdən istifadə olunur ki, təcrübələrin sürətli keçirilməsi təmin edilsin”, – deyə o bildirib.

Ülvi Zamanbəyov, həmçinin məlumatların idarə edilməsinin vacibliyini vurğulayıb və bildirib ki, məlumat elmi uğurun açarıdır:

“Əgər məlumatlar aşağı keyfiyyətdədirsə, model nə qədər yaxşı olsa da, nəticə pis olacaq. Bu səbəbdən SOCAR, məlumatların dəyərini sürətlə qiymətləndirməyə imkan verən platformalar və əks-layihələndirmə metodlarından istifadə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti