...

Azərbaycan gələn il Horadiz-Ağbənd xəttini Ermənistan sərhədinə qədər çatdıracaq

İqtisadiyyat Materials 26 Noyabr 2025 12:15 (UTC +04:00)
Azərbaycan gələn il Horadiz-Ağbənd xəttini Ermənistan sərhədinə qədər çatdıracaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2026-cı ilə qədər Horadiz-Ağbənd dəmir yolu xəttini Ermənistan sərhədinə qədər çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclasının gedişində bildirib.

Onun sözlərinə görə, Şərq-Qərb istiqamətində, o cümlədən Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Nazir vurğulayıb ki, bu marşrut yalnız şimal-qərb vektorunun yox, həm də Şimal-Cənub dəhlizinin vacib elementi hesab olunur.

“Hazırda illik 15 milyon tona qədər buraxıcılıq qabiliyyəti olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə davam edir. Bu xətti artıq 2026-cı ildə Ermənistan sərhədinə çatdırmağı planlaşdırırıq”, – deyə o bildirib.

R.Nəbiyev qeyd edib ki, paralel olaraq Azərbaycan Naxçıvan ərazisindən keçən 188 kilometrlik dəmir yolu seqmentinin bərpası üzərində iş aparır.

“Bu magistralın layihələndirmə mərhələsini başa çatdırmaq üzrəyik və yaxın zamanda tikinti işlərinə başlayacağıq”, – deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti