...

Marketdə satıcını bıçaqla hədələyərək quldurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 26 Noyabr 2025 12:47 (UTC +04:00)
Marketdə satıcını bıçaqla hədələyərək quldurluq edən şəxslər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti