...

ADY Orta Dəhlizin səmərəliliyinin artırılması istiqamətində işləri davam etdirir- Rövşən Rüstəmov

İqtisadiyyat Materials 26 Noyabr 2025 13:06 (UTC +04:00)
ADY Orta Dəhlizin səmərəliliyinin artırılması istiqamətində işləri davam etdirir- Rövşən Rüstəmov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılması məqsədilə infrastrukturun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir.

Trend xəbər verir ki, bunu MDB Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclasında “Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində lider mövqeyini təmin edib.

“Bakı–Tbilisi–Qars dəmir yolu artıq Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır. Bakı–Tbilisi–Qars xətti modernləşdirildikdən sonra onun ötürücülük qabiliyyəti illik 1 milyon tondan 5 milyon tona yüksəldilib. Ümumilikdə, “Azərbaycan Dəmir Yolları” Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyini artırmaq məqsədilə infrastrukturu inkişaf etdirmə işlərini davam etdirir, o cümlədən Şərq-Qərb istiqamətində əsas magistral dəmir yolu xətti olan Bakı–Böyük Kəsik istiqamətində dəyişən cərəyanla keçidlə bağlı işlər uğurla həyata keçirilir”, - deyə o bildirib.

Rövşən Rüstəmovun sözlərinə görə, Orta Dəhliz Avrasiyanın mərkəzində yerləşən ölkələr üçün alternativ və təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır.

“Qeyd edim ki, cari ilin 10 ayı ərzində “Azərbaycan Dəmir Yolları” Orta Dəhliz üzrə 317 blok-qatar qəbul edib, bunlardan 119-u tranzit qatarıdır. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artım deməkdir”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti