...

Biz faktiki olaraq KTMT-dən çıxmışıq - Alen Simonyan

Dünya xəbərləri Materials 26 Noyabr 2025 16:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Biz faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmışıq.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalist ondan Ermənistanın bu strukturdan nə üçün indiyə kimi çıxmadığını soruşub. Erməni siyasətçi buna cavabında deyib:

“Biz faktiki olaraq çıxmışıq. Qalanını isə bizim siyasi məqsədyönlülüyümüzə və apardığımız danışıqlara həvalə edin”.

Bundan əvvəl, noyabrın 26-da Ermənistanın xarici işlər nazirinin müavini Mnaçakan Safaryan jurnalistlərə açıqlamasında hazırkı mərhələdə Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq imkanını nəzərdən keçirmədiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti