Bakı. Trend:
İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, PSJ ingiltərəli vingerin xidmətində maraqlıdır. PSJ 28 yaşlı ön xətrt oyunçusu üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə 50 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Barselona" Markus Reşfordu mövsümün əvvəlində icarəyə götürüb.