Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi “Boeing” korporasiyası ilə ümumilikdə 7,1 milyard dollardan çox dəyərdə olan müqavilələr imzalayıb. Onlardan biri yeni nəsil "Apaçi AH-64E" zərbəçi helikopterlərinin və ona quraşdırılan "AN/APG-78" radiolokasiya sistemi ilə təchiz olunmuş trenajorların və əlaqəli avadanlıqların tədarükünü nəzərdə tutur.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təkcə qeyd olunan sövdələşmənin məbləği 4,7 milyard dollar təşkil edir.
Digər müqaviləyə əsasən, “Boeing” ABŞ Hərbi Hava Qüvvələrinə daha 15 ədəd "KC-46A" çoxfunksiyalı yanacaqdaşıyan təyyarə tədarük edəcək. Bu tədarükün dəyəri isə 2,47 milyard dollardır.
