...

Ağdamda inşa edilən 1268 mənzil tezliklə sakinlərə təqdim olunacaq - İcraçı direktor

Cəmiyyət Materials 26 Noyabr 2025 16:12 (UTC +04:00)
Ağdamda inşa edilən 1268 mənzil tezliklə sakinlərə təqdim olunacaq - İcraçı direktor
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam şəhərində 1268 mənzil köç üçün hazırdır.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu bu gün Ağdamda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov media nümayəndələrinə müsahibəsi zamanı bildirib.

L.Məmmədov qeyd edib ki, Ağdamda aparılan geniş tikinti və yenidənqurma proseslərinin tərkib hissəsi olan İkinci yaşayış kompleksi hazırda mərhələli şəkildə inşa edilir:

"Bildiyiniz kimi, bu kompleksin təməli 2023-cü ilin 2 may tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Kompleksdə tikilən mənzillərin ümumi sahəsi 96 min kvadratmetrdən çoxdur. Kompleksdə inşa edilən mənzillərin sayı ümumilikdə 1268-dir və bunlar müxtəlif planlaşdırma ilə təklif olunur. Belə ki, burada 114 ədəd 1 otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı və 154 ədəd 4 otaqlı mənzil olacaq".

"Sakinlərin bu evlərə qayıdış prosesi də mərhələli şəkildə həyata keçiriləcək. Köçürülmənin yaxın zamanda baş tutması və 2026-cı ildə yekunlaşması planlaşdırılır. Həmçinin layihədə yalnız yaşayış sahələri deyil, həm də sosial və ictimai infrastruktur nəzərdə tutulub. Hazırda qazanxana kopleksi tikilib yaxın günlərdə istifadəyə veriləcək. Eyni zamanda transformator məntəqəsi, 4 km-dən çox yollar, su və kommunikasiya və digər quröular da istifadəyə veriləcək",- deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti