...

Şimal–Cənub dəhlizi üzrə Rusiya, Azərbaycan və İran arasında vahid tarifləri nəzərdə tutan üçtərəfli saziş hazırlanır

İqtisadiyyat Materials 26 Noyabr 2025 15:15 (UTC +04:00)
Şimal–Cənub dəhlizi üzrə Rusiya, Azərbaycan və İran arasında vahid tarifləri nəzərdə tutan üçtərəfli saziş hazırlanır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Şimal–Cənub dəhlizi üzrə Rusiya, Azərbaycan və İran arasında vahid tarifləri nəzərdə tutan üçtərəfli saziş hazırlanır.

Trend xəbər verir ki, bunu bu gün “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Biz Rusiya, Azərbaycan və İran arasında Şimal–Cənub dəhlizi üzrə vahid tarifləri nəzərdə tutan üçtərəfli saziş üzərində işləyirik. Bu yanaşma müəyyən dövr üçün şərtlərin şəffaflığını və tariflərin sabitliyini təmin edir, yükgöndərənlər üçün daha rahat və proqnozlaşdırıla bilən mühit yaradır”, – deyə baş direktor qeyd edib.

Onun sözlərinə görə, vahid tariflər üzrə saziş mühüm elementdir: üç administrasiya müəyyən müddət ərzində sabit tarif və şərtlərə zəmanət verir və bununla da yükgöndərənlər üçün daha əlverişli və aydın şərait formalaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti