Bakı. Trend:
Bu gün imzalanan sənəd çərçivəsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu ilə yükdaşımalarının ildə 2 milyon tona çatdırılması nəzərdə tutulub.
Bunu Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Trend-ə açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yolları Şirkətinin icraçı direktoru Cabbar Əli Zakeri deyib.
Onun sözlərinə görə, Şimal-Cənub Dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu hazırda istismarda olmadığına görə, yüklər qatar-yük maşınları-qatarla daşınacaq.
Zakeri deyib ki, bu yükdaşımanın uzunmüddətli plan çərçivəsində 15 milyon tona çatdırılması nəzərdə tutulub.
