...

Zəngəzur dəhlizi Özbəkistan üçün böyük maraq kəsb edir - Hikmətulla Raxmetov (ÖZƏL)

İqtisadiyyat Materials 26 Noyabr 2025 17:12 (UTC +04:00)
Zəngəzur dəhlizi Özbəkistan üçün böyük maraq kəsb edir - Hikmətulla Raxmetov (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın zamanda Zəngəzur dəhlizindən istifadəyə başlayacağımıza ümid edirik.

Bunu Trend-ə “Özbəkistan Dəmir Yolları” şirkətinin idarə heyətinin birinci sədr müavini Hikmətulla Raxmetov bu gün Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində bildirib.

“Zəngəzur dəhlizi Özbəkistan üçün böyük maraq kəsb edir. Bu layihə Özbəkistanın ixrac və idxal əməliyyatlarının inkişafı, həmçinin ölkəmizin ərazisindən Zəngəzur dəhlizinə, oradan isə Türkiyə və Avropaya gedən tranzit yükdaşımaları üçün mühüm amil olacaq”, – deyə o bildirib.

Raxmetov vurğulayıb ki, dəhlizin həyata keçirilməsi, ilk növbədə logistika xərclərini azaltmağa imkan verəcək ki, bu da birbaşa daşıyıcıların xərclərinə təsir göstərəcək. İkincisi, hər iki istiqamətdə daşınan yük həcmi artacaq. Buna görə Özbəkistan bu layihəyə yüksək nikbinliklə yanaşır.

“Bu həqiqətən uzun müddət gözlənilən təşəbbüsdür – şişirtmədən deyə bilərik ki, onu on illərdir ki, gözləyirdik. Biz bütün əsas məsələlər üzrə Azərbaycanlı həmkarlarımızla fəal əməkdaşlıq edirik və ümid edirik ki, yaxın zamanda yeni marşrutdan tam həcmdə uğurla istifadə etməyə başlayacağıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti