Bakı. Trend:
Suriyanın İdlib əyalətinin Kaft Taxarim qəsəbəsində yerləşn silah-sursat anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Qurbanların mülki şəxslər olduğu bildirilir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerinə çox sayda xilasedici səfərbər olunub. Bir neçə nəfərin dağıntılar altında qaldığı güman edilir.
Qeyd edək ki, son bir il ərzində Suriyanın silah-sursat anbarlarında ümumilikdən 10-dan çox partlayış baş verib. Partlayışlar əksər hallarda anbarlarda təhlükəsizlik və saxlama qaydalarının pozulması ilə əlaqələndirilib.
