Bakı. Trend:
"Santos"da çıxış edən Neymar yenidən zədələnib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, braziliyalı vinger dizindən zədə alıb. 32 yaşlı futbolçu Liqada qalmaq uğrunda mübarizə aparan komandasının mövsümün son 3 oyununda iştiraak etməyəcək.
Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.