...

Şimal-Cənub Dəhlizinin şərq marşrutundakı ölkələr vahid yükdaşıma rüsumunu tətbiq edə bilərlər

Dünya xəbərləri Materials 26 Noyabr 2025 17:12 (UTC +04:00)
Şimal-Cənub Dəhlizinin şərq marşrutundakı ölkələr vahid yükdaşıma rüsumunu tətbiq edə bilərlər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutunda yerləşən ölkələr vahid yükdaşıma rüsumunu tətbiq edə bilərlər.

İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yolları Şirkətinin icra direktoru Cabbar Əli Zakeri və Qazaxıstan Dəmir Yolu Milli Şirkətinin idarə heyətinin sədri Talqat Aldıbergenovla görüşdə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar ölkələr arasında əməkdaşlığın artacağı gözlənilir.

Zakeri qeyd edib ki, İran, Türkmənistan və Qazaxıstan arasında yükdaşıma üzrə əməkdaşlıqlar inkişaf etməkdədir və bu da yükdaşımaların artması ilə nəticələnəcək.

Görüşdə Qazaxıstanın Dəmir Yolu Milli Şirkətinin idarə heyətinin sədri Talqat Aldıbergenov da bildirib ki, Qazaxıstan, Rusiya, Türkmənistan və İran arasında dəmiryolu və yükdaşıma sahəsində imzalanan anlaşma memorandumunu müsbət qiymətləndirib.

Qeyd edək ki, bu gün Bakıda MDB Dəmir Yolu Nəqliyyat Şurasının 83-cü iclası keçirilib. İclasda müzakirələrin əsas mövzusunu MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat və təkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib. Sonda iştirakçılar protokol imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti