Bakı. Trend:
Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb.
Trend xəbər verir ki, müzakirələrin əsas mövzusunu MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat və təkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib.
İştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıb, 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.
