Bakı. Trend:
Honkonqda Tay-Po rayonunda yerləşən hündürmərtəbəli yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində azı 4 nəfər həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə yerinə çox sayda yanğınsödürmə və təcili tibbi yardım briqadaları göndərilib.
Qurbanlardan biri yanğınsöndürəndir, bundan başqa 3 nəfər ağır vəziyyət xəstəxanaya çatdırılıb. Yanğınla əlaqədar binada 13 nəfərin çıxılmaz vəziyyətdə qaldığı deyilir.
Yanğınla bağlı bölgədə beşinci dərəcəli həyəcan elan edilib. Yanğının səbəbləri barədə hələ ki, rəsmi açıqlama yoxdur.
