...

Texnoloji inkişaf olmadan kibertəhlükələrlə mübarizə aparmaq mümkün deyil - DİN rəsmisi

Cəmiyyət Materials 26 Noyabr 2025 17:26 (UTC +04:00)
Texnoloji inkişaf olmadan kibertəhlükələrlə mübarizə aparmaq mümkün deyil - DİN rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Texnoloji inkişaf olmadan kibertəhlükələrlə mübarizə aparmaq mümkün deyil.

Trend xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İnformasiya və Kommunikasiya İdarəsinin rəhbəri Hikmət Məmmədov bu gün Bakıda keçirilən "2-ci Beynəlxalq Caspian Innovation Forum”unda deyib.

O bildirib ki, klassik IT təhlükəsizlik sistemi artıq işləmir: "İmza əsaslı təhlükəsizlik sistemlərimiz artıq bizim süni intellektlə gücləndirilmiş, avtomatlaşdırılmış və insan psixologiyasını manipulyasiya edən kibertəhdidlər, kiberhücumlarla mübarizə apara bilmir. Bunun üçün texnoloji infrastruktur qururuq".

"Kiberdavamlılıqdan danışdıqda deyə bilərik ki, hər kəsə hücum edilə bilər. Bəziləri bunu hiss edə, bəziləri isə etməyə bilər. Bu hücumun qarşılığında göstərdiyimiz xidmətlər davam edəcək", - H. Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti