...

Şimal-Cənub dəhlizinin qərb hissəsi üzrə yükdaşımaların həcmi açıqlandı

İqtisadiyyat Materials 26 Noyabr 2025 15:32 (UTC +04:00)
Şimal-Cənub dəhlizinin qərb hissəsi üzrə yükdaşımaların həcmi açıqlandı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Şimal-Cənub dəhlizinin qərb hissəsi üzrə indiyədək 6 558 konteyner daşınıb.

Trend xəbər verir ki, bunu bu gün “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Dəhlizin Rusiya, Azərbaycan və İranın daxil olduğu qərb qolunda konteyner daşımaları bu il artıb, konteyner isə nəqliyyat dəhlizləri üzrə yük axınını formalaşdıran əsas yük hesab olunur və onların sayı 1,6 dəfə artıb. Bu istiqamət üzrə 6 558 konteyner daşınıb”, - deyə o bildirib.

O. Belozyorov qeyd edib ki, dəhlizin şərq qolunun da daha yüksək artım nümayiş etdirməsinə baxmayaraq , mütləq rəqəmlərə gəldikdə həcmlər hazırda təxminən 2 300 TEU təşkil edir.

“Bununla belə, burada inkişaf potensialı kifayət qədər böyükdür. Biz anlayırıq ki, zaman keçdikcə texnologiyalar dəyişir və sistemin bütün elementlərinin – infrastrukturun, daşımaların idarə edilməsinin, həmçinin informasiya və sənəd mübadiləsinin effektiv uzlaşdırılması son dərəcə vacibdir. Rusiya və Azərbaycan artıq informasiya və sənədlərin rəqəmsal formada ötürülməsinə imkan verən ikitərəfli sazişlər imzalayıblar. Bu isə kağız daşıyıcılar üzrə sənəd dövriyyəsinin həcmini azaldır və yüklərin rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, – o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti