...

Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq

Cəmiyyət Materials 26 Noyabr 2025 17:16 (UTC +04:00)
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim ediləcək.

Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim edilmədikdə idarəedici təşkilat tərəfindən sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndəriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti