Ağdam. Trend:
Ağdam şəhərində sürücülərin və piyadaların rahat hərəkəti üçün işıqforlar quraşdırılıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, şəhər işğaldan azad olunduqdan sonra yeni salınan prospekt və küçələrə işıqforlar quraşdırılıb.
Belə ki, yeni işıqforlar şəhərin mərkəzi prospekti və yeni salınan yaşayış komplekslərində yerləşdirilib.
Küçələrin kəsişməsində quraşdırılan işıqforlar sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçməsinə xidmət edəcək.
