...

Paytaxtın bu prospektində avtomobildə baş vermiş yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 26 Noyabr 2025 17:02 (UTC +04:00)
Paytaxtın bu prospektində avtomobildə baş vermiş yanğın söndürülüb (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində avtomobildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

xxx

16:41

Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat verilib.

Bildirilib ki, həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti