...

Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 26 Noyabr 2025 14:47 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati məsuliyyətə cəlb olunub.

Trend-in bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Zaur Yusifova “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

Z.Yusifov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti