...

Yanvar ayından Azərbaycanda kriptoqrafik mühafizə vasitələrinin testinə başlanacaq - DTX rəsmisi

Cəmiyyət Materials 26 Noyabr 2025 16:04 (UTC +04:00)
Yanvar ayından Azərbaycanda kriptoqrafik mühafizə vasitələrinin testinə başlanacaq - DTX rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan tarixində, dövlətçilik tarixində yeni bir kibertəhlükəsizlik xidməti provayderi qismində tanınan şirkətlər artıq Azərbaycanın kritik infrastrukturlarını qoruyacaqlar. Bu, çox qürurverici hadisədir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Davud Rüstəmov bu gün Bakıda keçirilən "2-ci Beynəlxalq Caspian Innovation Forum”unda deyib.

"Çox arzulanandır ki, təhlükəsizliklə bağlı həllər təklif olunardı və biz o həllərin test olunmasında, inkişaf etdirilməsində nə qədər dəstək ola biliriksə, biz həmişə buna hazırıq", - o bildirib.

Davud Rüstəmovun sözlərinə görə, ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasında milli həllərin hazırlanması ilə bağlı bir çox bəndlər təşviq edir ki, informasiya mühafizə vasitələrinin yerli həlləri hazırlansın:

"Biz kriptoqrafik mühafizə vasitələrini xaricdən alırıq. Amma biz heç əmin deyilik ki, o kriptoqrafik mühafizə vasitələrinin içərisində onun standartı ilə bağlı təsdiqini bizə kim verəcək. Bizim test mühitinə ehtiyacımız var. Biz Milli Kibertəhlükəsizlik Mərkəzində müvafiq standartların tələblərinə uyğun ümumi meyarlar laboratoriyasını qurduq. Dekabr ayında bizim ölçmə cihazlarımızın ən son sonuncuları ölkəyə daxil olacaq. Bu cihazları almaqla yanvar ayından artıq ölkədəki testlərə də başlaya biləcəyik. Bu testlər əminəm ki, bizim təhlükəsizlik muhitimizi daha da gücləndirəcək. Kriptoqrafik mühafizə vasitələrinin doğrudan da dayanıqlı olub-olmadığını subyektlərə deyə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti