...

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Gündəm Materials 26 Noyabr 2025 17:07 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaş qəbulu keçirib.

Trend xəbər verir ki, qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər məşğulluq, əlillik dərəcəsinin təyinatı, qaz təchizatı, yol təsərrüfatı və digər sahələri əhatə edib.

Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti