...

"Topol" və "İsgəndər" komplekslərinin buraxılış qurğularının konstruktoru vəfat edib

Dünya xəbərləri Materials 26 Noyabr 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın raket texnikası üzrə alimi və konstruktoru Valerian Sobolev 88 yaşında vəfat edib. Sobolev “Topol” və “İskəndər” komplekslərinin buraxılış qurğularının yaradıcısı kimi tanınır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Sobolev 100-dən çox müəlliflik patentinə sahib olan texnika elmləri doktoru olub. O, “Temp-2S” qitələrarası ballistik raket komplekslərinin yerüstü avadanlıqlarının inkişaf etdiricilərindən biri hesab olunur.

Sobolev “Pioner” kompleksinin start qurğularının və “Topol” qitələrarası ballistik raketlərinə malik səyyar raket kompleksinin yaradılması üzrə konstruktor işlərinə rəhbərlik edib.

Xatırladaq ki, “Topol” qitələrarası ballistik raketə malik sovet mobil raket kompleksidir. “Topol”un hazırlanmasına1975-ci ildə başlanıb, 1988-ci ildə isə silahlı qüvvələrdə istifadəyə verilib.“İskəndər” isə Rusiyanın əməliyyat-taktiki raket kompleksləri ailəsindəndir. Əsas təyinatı 500 kilometrədək məsafədə olan obyektlərə zərbələr endirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti